Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinə və bütün Rusiya xalqına başsağlığını çatdırdı.
Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi yüksək dövlət vəzifəsinə seçilməsi münasibətilə Sergey Narışkini təbrik edən Prezident İlham Əliyev onun ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirdi və bunu ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası və digər sahələrdə mövcud uğurlu əməkdaşlığın təzahürü kimi dəyərləndirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və bu münasibətlərin çoxəsrlik əməkdaşlıq tarixinə, dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğuladı.
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı siyasi əlaqələrin, iqtisadi, humanitar, parlamentlərarası və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı səfərin uğurlu olacağına əminliyini bildirdi.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar verdiyi başsağlığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Azərbaycan Milli Məclisinin dəvətinə əsasən Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsində ilk dəfə olaraq böyük parlament nümayəndə heyəti ilə respublikamıza səfər etdiyini vurğulayan Sergey Narışkin ölkələrimizin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu dedi və bu əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd etdi.
Görüşdən sonra Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin və Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təltif edilməsi mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sergey Narışkinin Rusiya Federasiyası Baş nazirinin müavini, hökumətlərarası birgə komissiyanın həmsədri, Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri vəzifələrində çalışarkən, hazırda isə Rusiya Federasiyası Dövlət Dumasının sədri kimi ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, humanitar və digər sahələrdə daha da möhkəmləndirilməsi işində fəal rol oynadığını xüsusi vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, Sergey Narışkinin rəhbərliyi ilə hökumətlərarası birgə komissiya səmərəli fəaliyyət göstərərək iqtisadi xarakterli mühüm məsələlərin həllinə nail olub. Prezident İlham Əliyev qeyd etdi ki, həmçinin Sergey Narışkinin uğurlu fəaliyyəti nəticəsində Rusiya-Azərbaycan humanitar forumu Beynəlxalq Humanitar Foruma çevrilib, Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyətə başlayıb. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlətlərarası əlaqələrin inkişafında və möhkəmləndirilməsi işində xüsusi xidmətlərinə görə Sergey Narışkinin Azərbaycanın yüksək mükafatlarından birinə - "Dostluq" ordeninə layiq görüldüyünü dedi və mükafatı ona təqdim etdi.
Sergey Narışkin Azərbaycanın yüksək mükafatlarından birinə -"Dostluq" ordeninə layiq görülməsini Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi işinə verilən qiymət kimi dəyərləndirdi. O, bu əməkdaşlığın və dostluğun gələcək illərdə də davam etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.
Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın mühüm əhəmiyyətə malik olduğunu bildirən Prezident İlham Əliyev Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun uzun illər bu sahədə ölkələrimizin və xalqlarımızın yaxınlaşması istiqamətində fəal işlər apardığını qeyd etdi. Dövlətimizin başçısı Mixail Şvıdkoyun MDB ölkələri çərçivəsində həyata keçirilən bütün humanitar layihələrdə fəal iştirak etdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi işində göstərdiyi xüsusi xidmətlərə görə Mixail Şvıdkoyun da Azərbaycanın yüksək mükafatına - "Dostluq" ordeninə layiq görüldüyünü dedi və mükafatı ona təqdim etdi.
Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycanın yüksək mükafatına - "Dostluq" ordeninə layiq görülməsindən böyük şərəf hissi keçirdiyini dedi. O, Azərbaycan və Rusiya xalqları arasında yaxşı münasibətlərin mövcudluğundan məmnunluğunu bildirdi. Mixail Şvıdkoy Azərbaycanda rusların özlərini doğma vətənlərindəki kimi rahat hiss etdiklərini, azərbaycanlıların isə Rusiyanın həyatında mühüm rol oynadıqlarını vurğuladı.
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında