Prezident İlham Əliyev "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də Şirvan şəhərinə səfəri çərçivəsində "Cənub" Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
"Cənub" Elektrik Stansiyasının təməli 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Avropada ilk açıq tipli energetika qurğusu olan 1050 meqavatlıq Şirvan İstilik Elektrik Stansiyası isə 1967-ci ildən tam gücü ilə işləyir və istismar müddətindən 2 dəfə çox fəaliyyət göstərərək tamamilə köhnəlmişdir. Bu səbəbdən Prezident İlham Əliyevin 2005-ci il 14 fevral tarixli müvafiq sərəncamına uyğun olaraq Şirvan şəhərində 780 meqavatlıq yeni stansiyanın tikintisinə başlanmışdır.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyanın texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Qeyd olundu ki, stansiyanın faydalı iş əmsalı ən yüksək standartlara cavab verəcəkdir. Bir kilovat-saat elektrik enerjisinin istehsalına cəmi 237 qram şərti yanacaq sərf olunacaqdır. Yeni stansiyanı analoji stansiyalardan fərqləndirən başlıca cəhət burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinin mümkünlüyüdür. Bu stansiya ildə 780 milyon kubmetr təbii qaza və ya 650 min ton mazuta qənaət etməyə imkan yaradacaqdır. Stansiyada ildə 6 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcəkdir. Stansiyanın ərazisi 20 hektardır.
Dövlətimizin başçısına məlumat verildi ki, hazırda inşaat işlərinə 750 nəfər cəlb olunmuşdur. Layihə başa çatdıqdan sonra stansiyada 200 nəfər daimi işlə təmin ediləcəkdir.
Mürəkkəb metal konstruksiyalar, körpülü kranlar, mazut çənləri və digər zəruri avadanlıq isə respublikamızda ilk dəfə olaraq yerli "AZENKO" şirkəti tərəfindən hazırlanmışdır.
Prezident İlham Əliyevə layihənin komponentləri barədə məlumat verilərək bildirildi ki, ən müasir standartlara cavab verəcək bu energetika qurğusunun tikintisinin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Tikintinin gedişi ilə tanış olan Prezident İlham Əliyev tapşırıqlarını verdi, energetiklərə və inşaatçılara uğurlar arzuladı.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında