Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın keçmiş xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Almaniya Federativ Respublikasının keçmiş xarici işlər naziri Hans-Ditrix Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Hans-Ditrix Genşerlə Münxendə keçirdiyi görüşü xatırladı. Qonağın böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirdi.
Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Almaniya cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən böyük nümayəndə heyəti ilə respublikamıza səfərə gəldiyini vurğulayan Hans-Ditrix Genşer ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı arasında əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında