Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri

İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak etmişdir
İyunun 8-də İstanbulda, "Çırağan" Sarayında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmişdir.
Türkiyə Prezidenti Abdullah Gül və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev zirvə toplantısında iştirak edən dövlət və hökumət başçılarını qarşıladılar.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü toplantısını quruma sədrlik edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev açdı. O dedi ki, ötən dövrdə Asiyada etimad məsələləri daha çox aktuallıq kəsb etməyə başlamışdır. Ətrafında 22 dövləti birləşdirən və böyük bir arealı əhatə edən təşkilatın ötən dövrdə fəaliyyəti uğurlu olmuşdur.
Nursultan Nazarbayev ölkəsinin və sədrlik etdiyi təşkilatın dünyada və bölgədə nüvə silahı olmayan məkanın yaradılmasına əhəmiyyət verdiyini deyərək bildirdi ki, dünyada sülh və təhlükəsizliyin bərqərar olması vacibdir. "Bu günün Asiyası dünyanın iqtisadi mərkəzinə çevrilir", - deyən Qazaxıstan Prezidenti onun təklifi ilə irəli sürülən "Asiya 20-liyi" ideyasının reallaşması ilə bu məsələnin daha çox aktuallıq kəsb edəcəyinə əminliyini bildirdi. Nursultan Nazarbayev Qırğızıstan və Əfqanıstanda siyasi sabitliyin bərpasının vacibliyini qeyd edərək ölkəsinin ATƏT-ə sədrliyi dövründə bu məqsədlərə nail olunmasına çalışacağını diqqətə çatdırdı.
Türkiyə Prezidenti Abdullah Gül Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü toplantısında iştirak edən dövlət və hökumət başçılarını salamladı. O dedi ki, Türkiyə sədrlik edəcəyi iki il ərzində təşkilatın daha mühüm uğurlar əldə etməsinə çalışacaqdır.
"Türkiyə dünyada etimad və təhlükəziliyin əldə olunmasına çalışır", - deyən Abdullah Gül bildirdi ki, bu niyyətə nail olmaq üçün ölkələr arasında dialoqun genişləndirilməsi, bu məsələdə sosial sferanın daha yaxından çıxış etməsi vacibdir. Türkiyə təşkilata sədrliyi dövründə Asiyada etibarlı dialoqun əldə edilməsinə nail olmağa, təşkilatın əhatə etdiyi coğrafiyada demokratiya, rifah üçün əlindən gələni etməyə hazırdır. Dünya maliyyə böhranının nəticələrinin aradan qaldırılması üçün qlobal yaxınlaşmağa ehtiyac olduğunu deyən Abdullah Gül qeyd etdi ki, bu sırada dünyada savaş ehtimallarının aradan qaldırılması da günümüzün vacib məsələsidir.
Zirvə toplantısında digər ölkələrin dövlət və hökumət başçıları çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında