Culfada sərhəd komendantlığı və sərhəd zastavası açılmışdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Culfada sərhəd komendantlığının və sərhəd zastavasının açılışında iştirak etmişdir.
Naxçıvan Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı Culfa sərhəd komendantlığı və zastava kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, sərhəd komendantlığı dörd binadan - qərargah, yardımçı, texniki və yaşayış binalarından ibarətdir. İkimərtəbəli qərargah binasında komendantlığın fəaliyyəti üçün hər cür şərait vardır. Burada müxtəlif sinif otaqları yaradılmış, əyani vəsaitlərlə təchiz olunmuşdur.
Azərbaycan Prezidenti əsgər yataqxanasında yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, şəxsi heyətin istirahətinin və asudə vaxtının yüksək səviyyədə təşkil olunması üçün yataqxanada bütün tələblər nəzərə alınmışdır. Şəxsi heyətin yeməkxanası da müasirliyi ilə diqqəti cəlb edir.
Qeyd edildi ki, Ali Baş Komandanın diqqət və qayğısı ilə əhatə olunan Dövlət Sərhəd Xidməti şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu, Culfa sərhəd zastavasının da fəaliyyətində hiss olunur. Zastavanın ərazisində zabit ailələri üçün iki yaşayış binası tikilmişdir. Binalardan biri üçmərtəbəlidir. Burada 18 mənzil vardır. Mebel və digər zəruri məişət avadanlığı ilə təchiz olunmuş mənzillərdən altısı üçotaqlı, altısı ikiotaqlı, altısı isə birotaqlıdır. Digər yaşayış binası isə ikimərtəbəli və səkkiz mənzillidir.
Ərazi ilə yaxından tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sərhəd komendantlığının və zastavanın maddi-texniki təchizatı yüksək səviyyədədir. Sərhəd komendantlığının ərazisində nizami keçid meydanı və idman şəhərciyi, uşaqlar üçün əyləncə meydançası da salınmışdır.
Komendantlığın və sərhəd zastavasının ərazisi abadlaşdırılmış, dekorativ güllər və ağaclar əkilmişdir.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, şəxsi heyətə uğurlar arzuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında