Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yeni inzibati binada fəaliyyət göstərəcəkdir

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. 
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı mərkəzin inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev sinif otağında yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, səkkizmərtəbəli binanın ümumi sahəsi 7592,2 kvadratmetrdir. Burada 103-ü xidməti, 56-sı isə yardımçı olmaqla 159 otaq vardır.
Burada fövqəladə hallar zamanı vəziyyətin idarə olunması ilə bağlı təlimatlar verilir, əyani vəsaitlərdən istifadə qaydaları öyrədilir.
Sonra dövlətimizin başçısına binada yaradılan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin "112" qaynar telefon xidməti ilə bağlı məlumat verildi. Burada quraşdırılmış ən müasir avadanlıq fövqəladə hallar zamanı vaxtında məlumatın alınmasını təmin edir.
Azərbaycan Prezidenti Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin zalı ilə də tanış oldu. Bildirildi ki, bu mərkəzin istifadəyə verilməsi fövqəladə halların qarşısının alınmasında daha səmərəli nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. Zal muxtar respublika ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlarla birlikdə baş vermiş hadisənin təhlil edilməsi və həlli üzrə qərarların qəbulu üçün nəzərdə tutulmuşdur. İdarəetmə zalı hadisə yerini birbaşa izləmək üçün monitorla təchiz edilmişdir. Burada videokonfrans əlaqəsi qurmaq üçün cihazlar, baş verən hadisəni böyük monitorda izləmək üçün 15 fərdi monitor, mikrofon səs sistemi və 16 rabitə cihazı, elektron kürsü quraşdırılmışdır.
Qeyd olundu ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat zalı 24 saat fasiləsiz fəaliyyət göstərir. Zalda mövcud kamera sistemi ilə hadisə yeri müəyyən olunaraq izlənilir. Əməliyyat zalında elektron xəritədə muxtar respublikanın bütün infrastrukturu haqqında məlumat bazası yerləşdirilmişdir.
Binada mülki müdafiə kursları üçün sinif otaqları yaradılmışdır. Otaqlar xarici ölkələrdə istehsal olunan radiasiya-axtarış, ölçü, dozimetrik nəzarət və kimya kəşfiyyat cihazları, fərdi və tibbi mühafizə vasitələri ilə təchiz edilmişdir.
Daha sonra Prezident İlham Əliyev nazirliyin həyətində nümayiş etdirilən texnikaya baxdı.
Yeni inzibati mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında