Prezident İlham Əliyev Kəngərli rayonunda "N" saylı hərbi hissədə qərargah binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev mayın 30-da Kəngərli rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qərargah binasının açılışında iştirak etmiş, əsgər yataqxanası, yeməkxanası və məişət kompleksi ilə tanış olmuşdur.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Hərbi hissənin ərazisi ilə tanış olan Ali Baş Komandana məlumat verildi ki, qərargahın üçmərtəbəli yeni binası bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Hərbi hissənin ərazisində geniş yaşıllaşdırma və abadlıq işləri aparılmışdır. Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilmişdir.
Dövlətimizin başçısı qərargah binasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılan şəraitlə tanış oldu.
Qərargahın birinci mərtəbəsinin foyesində hərbi hissənin döyüş bayrağı mühafizə olunur. Burada hərbi hissənin zabit heyəti üçün iş otaqları və istirahət guşəsi yaradılmışdır. Qərargahın ikinci mərtəbəsində hərbi hissənin döyüş yolunu əks etdirən guşə də vardır. Bu mərtəbədə ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyətinin strateji əhəmiyyəti barədə fikirlərini əks etdirən stend quraşdırılmışdır. Stenddə ümummilli liderin 1999-cu ilin oktyabrında bu hərbi hissədə olması ilə bağlı fotoşəkillər nümayiş etdirilir.
Qərargahın üçüncü mərtəbəsinin foyesində isə Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ordu quruculuğu sahəsinə diqqət və qayğısını əks etdirən fotoguşə yaradılmışdır. Burada hərbi hissənin zabit heyəti üçün təlim sinifləri də fəaliyyət göstərir. Bu siniflərdə taktiki və planlaşdırma proqramları, döyüş əmrlərinin icrası ilə bağlı təlimlər keçirilir.
Sonra dövlətimizin başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, beşmərtəbəli binada əsgərlərin istirahəti üçün hər cür şərait vardır. Birinci mərtəbədə əsgərlərin döyüş ruhunun yüksəldilməsi məqsədilə Azərbaycanın xalq qəhrəmanlarının və tarixi abidələrimizin şəkilləri nümayiş etdirilir. Burada, həmçinin silah otağı, dəftərxana və digər inzibati otaqlar yerləşir. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə yaradılan guşələrdə isə onların yaradıcılıq nümunələri, divar qəzeti və hərbi qaydalar haqqında stendlər asılmışdır. İdeoloji otaqda isə hərbçilərin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi, vətənpərvərlik ruhunun artırılması məqsədilə dərslər keçirilir.
Sonra Prezident İlham Əliyev hərbi hissənin həyətində nümayiş olunan silah-sursat və hərbi texnikaya baxdı.
Daha sonra dövlətimizin başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldu.
İkimərtəbəli binanın birinci mərtəbəsində əsgər çayxanası və istirahət guşəsi yaradılmışdır.
Dövlətimizin başçısı şəxsi heyətin gündəlik qida normasında istifadə edilən məhsullara baxdı. Qeyd olundu ki, şəxsi heyətin gündəlik qida normasında üstünlük daha çox yüksək keyfiyyətli yerli ərzaq məhsullarına verilir.
Binanın ikinci mərtəbəsindəki əsgər yeməkxanasında şəxsi heyətin yüksək kalorili qida ilə təminatı üçün hər cür şərait yaradılmışdır. Binada ayrıca çörək sexi, ərzaq və əşya anbarları, emalatxana, camaşırxana və qazanxana da yerləşir. Hərbi hissənin ərazisində ayrıca xəstəxana da fəaliyyət göstərir.
Hərbi hissədə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında