Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü

İyunun 7-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olundu. İki ölkə arasında təbii qazla bağlı imzalanacaq sənədlərin Azərbaycan ilə Türkiyənin energetika sahəsində əməkdaşlığında yeni mərhələ olduğu bildirildi və bu sənədlərin əhəmiyyəti vurğulandı. Azərbaycan ilə Türkiyə arasında energetika sahəsində və bütün digər sahələrdə əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə etdi, bu hadisə zamanı günahsız Türkiyə mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığını çatdırdı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu məsələdə Türkiyənin yanındadır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında