Daxili İşlər Nazirliyinin Zuğulbadakı "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olmuşdur

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir
Mayın 16-da Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, 13,5 hektar ərazidə salınan "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, nəzarət-buraxılış məntəqəsi, konfrans bölməsi, idman meydançaları, açıq və qapalı hovuzlar, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında müxtəlif iaşə obyektləri və digər istirahət guşələri yaradılmışdır. İnşa edilmiş bina və qurğuların ümumi sahəsi 30 min kvadratmetrdir. Mərkəzin su təchizatı məqsədi ilə artezian quyuları qazılmışdır. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılmışdır. Dəniz gəzintisi üçün xüsusi ərazi vardır. "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi bütün zəruri mühəndis-kommunikasiya və müasir işıqlandırma sistemləri ilə təchiz olunmuşdur. Mərkəzin ərazisindəki yollar da yenidən qurulmuşdur.
Əsas korpusla tanışlıq zamanı bildirildi ki, müasir memarlıq üslubunda inşa olunmuş yeddimərtəbəli binanın ümumi sahəsi 25 min kvadratmetrə yaxındır. Burada 328 yerlik yataq və istirahət otaqları yaradılmışdır. Binanın foyesində və birinci mərtəbəsində istirahət guşələri qurulmuşdur. Mərkəzdə müasir tələblərə cavab verən iaşə obyektləri inşa olunmuşdur. Müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik konfrans zalında hər cür şərait vardır. Burada fitnes və ən müasir idman avadanlığı quraşdırılmışdır, uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir.
Sonra Prezident İlham Əliyev mərkəzin otaqlarında yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, bütün otaqlarda istirahət üçün yüksək şərait vardır. Otaqlardan Xəzər dənizinə gözəl mənzərə açılır.
Daha sonra Azərbaycan Prezidenti mərkəzin ərazisini gəzdi. Qeyd olundu ki, mərkəzin dənizə baxan hissəsində 160 kvadratmetr ərazidə dekorativ su hovuzu inşa olunmuşdur. Ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 8 kottec tikilmişdir. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulmuşdur. Mərkəzdə qonaqların istirahətinin yüksək səviyyədə təşkili məqsədi ilə sahilə yaxın ərazidə ilin müxtəlif mövsümlərində iaşə obyektləri fəaliyyət göstərəcəkdir. Bu istirahət guşələri də müasir standartlar səviyyəsində qurulmuşdur. Dəniz gəzintisinə çıxmaq istəyənlər qayıqlardan istifadə edə biləcəklər. İstirahət məkanını dənizin çimərliyi tamamlayır.
Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivi təbrik etdi, uğurlar arzuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında