Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti Patrik Mak Quaydı qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd etdi, bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini vurğuladı.
Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quayd müasir dövrdə velosipedsürmə idman növünə dünyanın müxtəlif ölkələrində marağın getdikcə artdığını dedi, qlobal istiləşmə, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və digər məsələlərin həllində bu idman növünə daha çox üstünlük verildiyini vurğuladı. Patrik Mak Quayd Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında