Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində, Nərimanov rayonu ərazisindəki yolda və "Hilton" otelinin qarşısındakı parkda görülən işlərlə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 6-da Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində yeni çəkilmiş 1 kilometrə yaxın yol, "Hilton" otelinin qarşısındakı parkın abadlıq və quruculuq işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşlar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış oldular. İnşaat işlərinin ən müasir standartlara uyğun şəkildə həyata keçirildiyi bildirildi.
Azərbaycan Prezidenti və xanımı ayrı-ayrı tikinti sahələrində görülən işlərlə yerindəcə tanış oldular.
Mərkəzdə aparılan işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
* * *
Sonra dövlət başçısı və xanımı paytaxtın Nərimanov rayonu ərazisində Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində yeni çəkilmiş 1 kilometrə yaxın yol ilə tanış oldular. Bildirildi ki, 32 metr eni olan ikitərəfli yol 4 zolaqlıdır. Xətai prospektinin davamı olan bu yola ən yüksək keyfiyyətli polimer asfalt döşənmiş, iki komponentli yol zolaqları çəkilmişdir. Yolboyu 3400 poqonmetr qranit daşlardan bardürlər düzəldilmiş, 3800 kvadratmetr ərazisi olan səkilərə qranit daşlar döşənmişdir. Burada müasir işıqlandırma sistemi quraşdırılmışdır.
* * *
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Hilton" otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış oldular.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, 7800 kvadratmetr ərazisi olan parkın 5700 kvadratmetr hissəsinə qranit daşlar döşənmişdir. Burada böyük fəvvarələr kompleksi quraşdırılmışdır. Parkda İtaliyadan gətirilmiş 12 illik 18 ədəd maqnoliya və 26 illik 28 ədəd şaxtaya davamlı palma ağacları əkilmiş, 2010 kvadratmetrlik ərazi yaşıllaşdırılmışdır. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulmuşdur.
Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında