Prezident İlham Əliyev Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişlər.  
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 2,8 kilometr uzunluğu olan yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Səkkizzolaqlı yolun üzərində 4 piyada keçidi də inşa olunmuşdur. Tikinti zamanı 614 min kubmetr torpaq işləri görülmüş yolun əhəmiyyətini artıran digər mühüm amil onun "Azneft" meydanından Dövlət Bayrağı Meydanına, oradan isə Bibiheybət məscidi istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməsidir.
Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Qeyd edək ki, Bakı-Ələt yolunun yenidən qurulması və tikintisinə dair Nazirlər Kabineti 2008-ci il 6 fevral, 2009-cu il 2 fevral, 2010-cu il 28 yanvar, Bakı-Ələt yolunun 2-4-cü kilometrliyinin yenidən qurulması üçün isə 2011-ci il 25 yanvar tarixli sərəncamlar qəbul etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında