Prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenko Belarusun Azərbaycandakı səfirliyinin yeni inzibati binasının təməlqoyma mərasimində iştirak etmişlər

İyunun 4-də Bakıda, Xətai rayonu ərazisində Belarusun Azərbaycandakı səfirliyinin binasının təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mərasimdə iştirak etmişlər.
Prezidentlər gilizi təmələ buraxdılar və beton qarışığı tökdülər.
Dövlət başçıları binanın layihəsi və maketi ilə tanış oldular.
Prezidentlər İlham Əliyevə və Aleksandr Lukaşenkoya məlumat verildi ki, ümumi sahəsi 1950 kvadratmetr olacaq səfirliyin üçmərtəbəli binası Qərb və Şərq memarlığının elementlərini özündə əks etdirəcəkdir. Konsulluq şöbəsi də burada yerləşəcəkdir. Binada konfrans zalları, müxtəlif xidməti otaqlar olacaqdır. Diplomatik missiyanın yerləşdiyi kompleksdə səfirliyin əməkdaşlarının yaşaması üçün 2160 kvadratmetrlik ərazidə dördmərtəbəli bina da inşa ediləcəkdir.
Sonra dövlət başçıları Gəncə avtomobil zavodunun istehsal etdiyi müxtəlif təyinatlı maşınlarla tanış oldular.
Bildirildi ki, 2006-cı ilin oktyabrında əldə olunmuş razılığa əsasən, 2007-ci ilin martından Gəncə avtomobil zavodunda "Belarus" markalı avtomobillərin istehsalı həyata keçirilir. Bu, Azərbaycanda həm "Belarus" traktorları, həm də "MAZ" yük avtomobilləri, kommunal və inşaat texnikaları istehsal edən yeganə müəssisədir. Zavod respublikanın səkkiz regionunda yüksək keyfiyyətli servis xidməti də göstərir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında