Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın ticarət və sənaye nazirini və Azərbaycan-Hindistan Birgə Hökumətlərarası Komissiyanın həmsədrini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hindistan Respublikasının ticarət və sənaye naziri, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindianı qəbul etmişdir.  
Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindia Hindistan Respublikasının Prezidenti Pratibha Patilin və Baş nazir Manmohan Sinqxin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən hindistanlı nazir iqtisadi və mədəni sahələrdə əlaqələrimizin qədim tarixə malik olduğunu vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın sessiyasının keçirilməsinin iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını dedi. Prezident İlham Əliyev Azərbaycan ilə Hindistan arasında informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, əczaçılıq, enerji, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin tərəfdaşlıq münasibətlərini xalqlarımız arasında əsrlər boyu mövcud olan tarixi əlaqələr əsasında qurmağın önəmini qeyd etdi.
Prezident İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pratibha Patilin və Baş nazir Manmohan Sinqxin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Hindistanın dövlət başçısına və Baş nazirə çatdırmağı xahiş etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında