Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolu istismara verilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə yol ilə bağlı stendlərə baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi uzunluğu 7,5 kilometr olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yolun əhatə etdiyi kəndlərdə 11 mindən çox əhali yaşayır. Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilmiş, yolboyu görkəmsiz tikililər təmir olunmuş, yaşıllıq zolaqları salınmışdır. Burada, həmçinin üç müasir avtobus dayanacağı yaradılmış və çoxsaylı yol nişanları quraşdırılmışdır.
Prezident İlham Əliyevə gələcək yol layihələri haqqında məlumat verildi.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti İlham Əliyev Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərinin sakinləri ilə görüşdü.
Sakinlər göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Prezident İlham ƏLİYEV dedi: Mən çox şadam ki, burada da gözəl yol çəkilib. Yolun əvvəlki vəziyyəti şəkillərdə göstərilir. Çox bərbad vəziyyətdə idi. Yəqin ki, əziyyət çəkmisiniz. Amma indi çox rahat, ən müasir standartlara cavab verən yoldur. Bir neçə kəndi birləşdirir. Bu kəndlərdə 11 min nəfər əhali yaşayır. Çox yaxşı yoldur.
SAKİNLƏR: Çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun. Sizə minnətdarıq.
Prezident İlham ƏLİYEV: İndi rayon mərkəzinə getmək üçün gözəl şərait vardır. Ümumiyyətlə, elə etməliyik ki, bütün kənd yolları abadlaşsın. İndi yeni bir proqram icra edilir. Bütün bölgələrdə, bütün rayonlarda kənd yolları tikilir. Təkcə bu ilin birinci rübündə Prezidentin ehtiyat fondundan bir neçə rayonda kənd yollarının tikintisi üçün vəsait ayrılmışdır. Buraya vəsait daha əvvəl ayrılmışdır. Bu yol gözəl tikilib. İndi Ağstafa rayonunda 58 kilometrlik başqa yolun tikintisi də gedir. Beləliklə, Ağstafada əksər kənd yolları abadlaşır. Çox gözəl hadisədir. Həm ölkəmizin inkişafını göstərir, həm kəndlərə rahatlıq gətirir. Bizim kəndlərimizdə əksər yollar torpaq yollardır. Siz bunu yaxşı bilirsiniz, qar, yağış yağanda çətinlik yaranır. Artıq sizin ən yüksək standartlara cavab verən rahat yolunuz vardır.
***
Sakinlər bir daha dövlətimizin başçısına minnətdarlıq etdilər.
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında