Prezident İlham Əliyev Ağstafada yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmiş, ziyalılarla görüşmüşdür

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.
Parkda xalq şairi Səməd Vurğunun büstü qoyulmuşdur. Büstün fonunda görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm "Kitab abidəsi" kompleksi tikilmişdir.
Dövlətimizin başçısı Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən park 2,8 hektar sahəni əhatə edir. Parkın gəzinti sahəsinə 4,5 min kvadratmetr plitə döşənmişdir.
Parkın ərazisi qarşı tərəfdən 140 metr uzunluğunda, fasadı ağlay daşı ilə üzlənmiş dekorativ hasarla əhatə olunmuşdur. Yanlardan və arxa hissədən isə parkı uzunluğu 300, hündürlüyü 3,5 metr olan qədim memarlıq nümunələrimizdən hesab edilən "qala divarları" dövrələmişdir. Burada yaraşıqlı fəvvarə quraşdırılmış, hər biri 4,5 metr uzunluğunda yarımkürə formasında doqquz, metaldan hazırlanmış 20 oturacaq qoyulmuşdur. Parkda dekorativ bəzək və gül kolları əkilmiş, işıqlandırma və yaşıllığın suvarılması sistemləri müasir standartlara uyğunlaşdırılmış, müasir tipli 73 işıq dirəyi quraşdırılmışdır.
Parkda simsiz internet şəbəkəsi yaradılmış, "Yazıçılar evi" və "Vurğun kafesi" inşa edilmişdir.
Parkla tanışlıqdan sonra dövlətimizin başçısı "Yazıçılar evi"ndə bölgə ziyalıları ilə görüşərək çıxış etdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında