Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun açılışı olmuşdur

Qazax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına Qazax rayonunda yolların yenidən qurulması sxemləri təqdim olundu.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, əsaslı şəkildə yenidən qurulmuş Qazaxbəyli-Aşağı Salahlı yolu 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirir. Uzun müddət təmir olunmadığından yol istismara yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır.
Bildirildi ki, dövlətimizin başçısının tapşırığı ilə təmir olunan Yuxarı Salahlı-Kəmərli avtomobil yolundan isə 4 kəndin 13 minə yaxın əhalisi istifadə edəcəkdir. Burada da işlərin əsas hissəsi görülmüşdür.
Prezident İlham Əliyevə təqdim olunan üçüncü layihə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi oldu. Bildirildi ki, 53 kilometrlik yol ən müasir standartlar səviyyəsində qurulur. Yolun üzərində bir ötürücü əsaslı şəkildə təmir olunur, iki yeni körpü tikilir.
Sonra Prezident İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı inşaatçılarla görüşdü. Azərbaycan Prezidenti aprelin 10-da imzaladığı Sərəncamla fəxri adlara layiq görülmüş bir qrup inşaatçını təbrik etdi.
Azərbaycan Prezidenti kənd sakinləri ilə görüşdü.
Sakinlər Prezident İlham Əliyevi hərarətlə qarşıladılar, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.
Kənd sakinlərini salamlayan Prezident İlham ƏLİYEV dedi: Sizi ürəkdən təbrik edirəm. Çox gözəl yol çəkilib. İndi gediş-gəliş rahat olacaqdır. Biz ölkə üzrə bütün kəndlərdə yollar çəkirik. Elə rayon yoxdur ki, orada kənd yolları çəkilməsin. Ucqar rayonlara, paytaxtdan uzaqda yerləşən bölgələrə xüsusi diqqət yetirilməlidir.
Sakinlər: Çox sağ olun. Siz bizim bütün problemlərimizin həllinə diqqət yetirirsiniz. Biz Sizdən çox razıyıq. Allah da Sizdən razı olsun!
Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bilirsiniz ki, mən Qazax rayonunda dəfələrlə olmuşam. Keçən il də gəlmişdim. Çox şadam ki, işlər yaxşı gedir, daha da yaxşı getməlidir. Bütün sahələrdə qarşıya qoyulan vəzifələr icra edilməlidir. Yaxşı yaşayış üçün bütün şərait olmalıdır. Yaxşı yollar, yaxşı məktəblər, tibb məntəqələri, iş yerləri olmalıdır. Bu gün Qazaxda böyük bir konserv zavodu açılır, orada da yüzlərlə iş yeri yaradılacaqdır. Sement zavodu tikilir. Ölkə üzrə çox böyük bir layihədir. Bu, həm ölkə iqtisadiyyatına böyük töhfədir, həm iş yerlərinin açılması üçün çox vacibdir, orada da yüzlərlə insan işləyəcəkdir. Çalışırıq ki, hər yerdə işlər yaxşı getsin, iş yerləri açılsın, insanların yaşayış səviyyəsi yüksəlsin və gözəl şərait olsun. Bu yol inkişaf deməkdir.
Sakinlər: Sizə çox minnətdarıq cənab Prezident! Yaxşı yaşamağımız üçün bizə hər cür şərait yaradırsınız. Siz ulu öndərimizin qurub yaratdığı müasir Azərbaycanı daha firavan ölkəyə çevirirsiniz. Bu, belə də olmalıdır. Çox sağ olun. Sizə minnətdarıq. Allah Sizi qorusun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında