Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyanın Baş naziri Petr Neças ilə görüşü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Praqada Çexiya Respublikasının Baş naziri Petr Neças ilə görüşmüşdür. 
Çexiyanın Baş naziri Azərbaycan dövlətinin başçısını qarşıladı.
Sonra Prezident İlham Əliyev və Baş nazir Petr Neças xatirə şəkli çəkdirdilər.
Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri Praqanın mənzərəsini seyr etdilər.
Daha sonra Azərbaycan dövlətinin başçısı Çexiyanın Baş nazirinin Fəxri qonaqlar kitabını imzaladı.
Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığı bildirildi. Azərbaycan Prezidentinin Çexiyaya dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin əməkdaşlıq əlaqələrinin strateji səviyyəyə qalxmasına töhfə verəcəyi vurğulandı.
Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının zəruriliyinin bildirildiyi görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında