Əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanışlıq

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanış olmuşdur. 
Dövlətimizin başçısına məscidin ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verildi.
Prezident İlham Əliyev bu dini ocağın əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısı Babazanan dağında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən müxtəlif dövrlərə aid əmək alətləri, bəzək əşyaları və digər tapıntılarla tanış oldu.
Sonra Prezident İlham Əliyev Cümə məscidində yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, tarixi abidə olan Cümə məscidi 1865-ci ildə tikilmişdir. Sovet hakimiyyəti illərində məscidin 21 günbəzindən 6-sı sökülmüş və dini məbəddən anbar kimi istifadə olunmuşdur. Sonralar məsciddə rayon rəsm qalereyası yerləşmişdir. 1992-ci ildən isə yenidən məscid kimi fəaliyyət göstərir.
Diqqətə çatdırıldı ki, 2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının təsiri nəticəsində daha 9 günbəzi uçmuş məscid yararsız vəziyyətə düşmüşdür. 2010-cu ilin fevralından Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məsciddə təmir-bərpa işlərinə başlanılmış, ötən ilin iyununda başa çatdırılmışdır. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə ibadət üçün hər cür şərait yaradılmışdır. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılmışdır.
Bildirildi ki, Cümə məscidi Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunur.
Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında