“Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir(ardı)

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq NİFTƏLİYEV regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının digər bölgələr kimi, Ağdaşda da uğurla həyata keçirildiyini konkret faktlarla əsaslandıraraq dedi:
- Zati-aliləri, möhtərəm cənab Prezident!
Sizin 2011-ci il oktyabrın 30-da rayonumuza sayca üçüncü səfəriniz zamanı Mərkəzi Rayon Xəstəxanasının açılışında qeyd etdiyiniz "Ağdaş müasir rayona çevrilməkdədir, burada yaşamaq, işləmək və istirahət etmək üçün hər cür şərait vardır" sözləri bizim üçün bütöv bir fəaliyyət proqramına çevrilmişdir.
Cənab Prezident!
Tərəfinizdən hazırlanmış və uğurla icra edilən Dövlət proqramları Ağdaş rayonunda iqtisadiyyatın inkişafında bir sıra mühüm irəliləyişlərin əldə edilməsinə təminat vermişdir. Belə ki, rayonda ümumu məhsul istehsalı 5,6 dəfə, sənaye məhsulu istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı isə 3,8 dəfə artmışdır.
Son 8 ildə rayonda 15 min 638 yeni iş yeri açılmışdır ki, bunların da 5 min 745-i daimidir.
Möhtərəm cənab Prezident!
Ağdaş rayonu respublikamızın aqrar rayonlarından olduğu üçün burada kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir.
Ölkədə ərzaq təhlükəsizliyini təmin edən aqrar sahənin inkişafına diqqət və qayğı, eləcə də kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi rayonda bu sahənin inkişafı istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə olunmasına imkan vermişdir. Belə ki, 2003-cü illə müqayisədə rayonda taxıl, tərəvəz, bostan məhsulları, meyvə istehsalı orta hesabla 50 faiz artmışdır. Bu da kənd təsərrüfatı sahəsinə daxil olan gəlirlərin 6 dəfə çoxalmasına zəmin yaratmışdır. Rayonda Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə 1200 başlıq heyvandarlıq kompleksi inşa olunmuşdur. Böyük diqqət və qayğınızın nəticəsidir ki, bir neçə bölgəni əhatə edəcək kənd yerlərinin kompleks inkişafı layihəsinə Ağdaş rayonu da qoşulmuşdur. Layihə rayonun 9 min hektarda şoranlaşmış torpaq sahəsinin yuyularaq əkin dövriyyəsinə qaytarılmasını təmin edəcəkdir. Suvarılan sahələr təsərrüfatdaxili suvarma və drenaj sistemlərinin təmiri və bərpası, bitkiçilik və heyvandarlıq sahələrindən yüksək məhsuldarlığın əldə edilməsi üçün fermerlərə dəstək verəcəkdir.
Rafiq Niftəliyev rayonun infrastrukturunda mövcud problemlərin həlli ilə bağlı həyata keçirilən layihələr barədə də dövlətimizin başçısına məlumat verərək bildirdi:
-Möhtərəm cənab Prezident!
Rayonda elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatda yığılıb qalmış bir sıra problemlər əhalinin rahatlığını pozurdu. Sizin diqqət və qayğınız nəticəsində artıq bu sahədəki problemlər öz həllini tapmışdır. Belə ki, rayonda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası tikilib istifadəyə verilmiş, 220/110 kilovoltluq 2x180 meqavat gücündə Ağdaş Regional Elektrik Yarımstansiyasının inşası davam etdirilir. Rayonda yaşayış məntəqələrinin 35-i təbii qazla təmin edilmiş, 7-də isə işlər davam etdirilir.
Əhalinin içməli su problemi də öz həllini tapmaq üzrədir. Belə ki, açılış mərasimində iştirak etdiyiniz Ağdaş şəhərinin su- kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi başa çatmışdır. Hazırda layihənin ikinci mərhələsinin icrası istiqamətində işlər davam etdirilir. Bu layihənin icrası başa çatdıqdan sonra şəhər əhalisi fasiləsiz və keyfiyyətli içməli su ilə tam təmin ediləcəkdir.
Mədəniyyətin və iqtisadiyyatın yoldan başlandığını vurğulayan ulu öndərimiz Heydər Əliyevin ideyalarının uğurlu davamçısı kimi sizin rəhbərliyinizlə yol infrastrukturunun yeniləşməsi istiqamətində reallaşdırılan nəhəng layihələrdən olan Bakı-Qazax-Ələt-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsi yenidən qurulmuşdur. Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunda isə işlər davam etdirilir. Bu magistral yolların digər bölgələr kimi, Ağdaş rayonu üçün də böyük iqtisadi səmərəsi vardır. Təkcə Ağdaş rayonunda 46 mindən artıq əhali həmin yollardan istifadə edir.
Açılışında iştirak etdiyiniz, əsaslı şəkildə bərpa olunmuş və keyfiyyəti ilə seçilən 12 kilometr uzunluğunda Ağdaş-Ləki avtomobil yolu isə hər iki magistral avtomobil yolunu birləşdirir ki, bu da respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Möhtərəm cənab Prezident!
Sizin və böyük sosial layihələrin təşəbbüskarı olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, çox hörmətli Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısının nəticəsidir ki, son illər rayonda sosial obyektlərin tikintisi və təmiri geniş vüsət almışdır. Məşhur kaman ustası Habil Əliyevin adını daşıyan Ağdaş Musiqi Məktəbinin yeni binası tikilərək, ən müasir avadanlıqla təchiz olunmuşdur. 1564 yerlik 6 yeni məktəb binası, 840 yerlik 42 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Yeddi məktəb binası isə əsaslı təmir olunmuşdur. Hazırda rayonda daha 9 yeni məktəb binasının və iki məktəbəqədər tərbiyə müəssisəsinin tikintisi davam edir.
Açılışında iştirak etdiyiniz ağdaşlı gənclərin böyük sevincinə səbəb olan Olimpiya İdman Kompleksi özünəməxsus idman ənənələri ilə seçilən Ağdaşda idmanın yenidən inkişaf etməsinə, idmançılarımızın yeni uğurlara imza atmasına geniş imkanlar yaratmışdır.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə hazırlanan və uğurla icra edilən Dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın daha işıqlı gələcəyinə doğru atılan addımlar kimi son dərəcə əhəmiyyətli və əvəzolunmazdır.
Sizi əmin edirəm ki, qarşımıza qoyduğunuz vəzifələrin layiqincə yerinə yetirilməsi üçün var gücümüzlə çalışacağıq.
İcazə verin, rayonumuza göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə Ağdaş rayon ictimaiyyəti adından bir daha dərin minnətdarlığımı və təşəkkürümü bildirim.
Diqqətinizə görə çox sağ olun.
* * *
"AzMDF" zavodunun direktor müavini Vüqar ƏLİYEV dövlətimizin başçısının daimi diqqət və qayğısı sayəsində ölkədəki işgüzar mühitin sahibkarlara öz fəaliyyətlərini daha da genişləndirməyə, yeni müxtəlif profilli müəssisələrin yaradılmasına əlverişli imkan yaratdığını qeyd edərək dedi:
- Möhtərəm cənab Prezident!
Müasir texnologiyaların Azərbaycana gətirilməsi, idxalı əvəz edən və ixracyönümlü məhsul istehsal edən müəssisələrin yaradılması ilə bağlı Sizin verdiyiniz tövsiyələr rəhbər tutularaq MDF zavodunun layihəsi tərəfimizdən həyata keçirilmişdir.
Qeyri-neft sektoruna investisiya qoyuluşuna dair dövlətimizin strategiyasına uyğun olaraq, müəssisəmiz zavodun tikintisi və tam gücü ilə fəaliyyəti üçün ümumilikdə 75 milyon manat sərmayə qoymuşdur.
Müvafiq sahə üzrə regionda ilk olan MDF zavodu 2011-ci ilin fevralında şəxsən Sizin iştirakınız ilə açılmışdır. Almaniyanın "Siemens" və Yaponiyanın "Mitsubishi" şirkətlərinin idarəetmə proqramları ilə təmin olunmuş, yüksək texnologiyalı avadanlıq və cihazlar quraşdı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında