Azərbaycan Prezidenti İlham Əliyev Fransanın nəqliyyat nazirini və Fransa Prezidentinin diplomatiya məsələləri üzrə müşavirini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Fransa Respublikasının nəqliyyat naziri Tierri Marianini və Fransa Prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Damien Lorası qəbul etmişdir.  
Nəqliyyat naziri Tierri Mariani Fransa Prezidenti Nikola Sarkozinin məktubunu dövlətimizin başçısına təqdim etdi. Fransalı qonaq ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Fransa Prezidenti Nikola Sarkozinin məktubunda ikitərəfli münasibətlərimizin inkişafına dair səmimi fikirlərə görə minnətdarlıq etdi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında