Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Sali Berişanı qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Albaniyanın Baş naziri Sali Berişanı qəbul etmişdir.
Baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd etdi. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd etdi.
Albaniyanın Baş naziri Sali Berişa Azərbaycana səfər etməsindən böyük şərəf duyduğunu dedi. Albaniyalılar üçün Azərbaycanın dost ölkə olduğunu vurğulayan Baş nazir bildirdi ki, səfərinin əsas məqsədi ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Sali Berişa bu cür səfərlərin gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa Albaniya İctimai Televiziyasının müxbirinin sualına cavab verdilər.
Prezident İlham ƏLİYEV: Bizim çox yaxşı münasibətlərimiz, möhkəm əlaqələrimiz vardır. Biz cənab Baş nazir ilə müxtəlif beynəlxalq tədbirlərdə çox tez-tez görüşürük. Lakin biz ilk dəfədir ki, Azərbaycanda görüşdük. Mən cənab Baş naziri bir neçə dəfə səfərə dəvət etmişəm və onu burada görməyimdən şadam.
Bu gün biz bir çox məsələlərə - siyasi əməkdaşlıq, iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığa dair geniş müzakirələr apardıq. Bütün bu məsələlərə dair fikirlərimiz üst-üstə düşür. Şübhəm yoxdur ki, bu səfərdən sonra biz ölkələrimiz arasında əlaqələrin daha sürətli inkişafının şahidi olacağıq və çox gözəl nəticələr əldə edəcəyik.
Baş nazir Sali BERİŞA: Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Səfərimin əsas məqsədi iki ölkə arasında dostluq əlaqələrini və münasibətləri daha da möhkəmləndirməkdir. Mənim üçün, Albaniya xalqı üçün Azərbaycan yaxın dost ölkədir. Mən cənab Prezident İlham Əliyev ilə əvvəllər olduğu kimi, bu dəfə keçirdiyim səmimi görüşdə də eyni mühitin, isti münasibətin və iradənin şahidi oldum. Mən cənab Prezidenti Albaniyaya səfərə dəvət etmişəm və onunla tamamilə razıyam ki, bundan sonra da iki ölkə arasında münasibətlərdə yeni səhifələrin açılması üçün daha da sıx işləyəcəyik.
* * *
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniyanın Baş naziri Sali Berişa birgə nahar etdilər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında