Prezident İlham Əliyev Nərimanov və Suraxanı rayonlarındakı körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakının Nərimanov və Suraxanı rayonlarında yerləşən körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əvvəlcə Nərimanov rayonundakı 305 nömrəli körpələr evi-uşaq bağçasında görülən əsaslı təmir və yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, müəssisə 1964-cü ildən fəaliyyət göstərir. Bu körpələr evi-uşaq bağçasının 75 yerlik ikimərtəbəli binasında 4 qrup var. Dövlət başçısının tapşırıqlarına əsasən bina qısa vaxt ərzində yüksək standartlara uyğun olaraq əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıq və mebel dəstləri ilə təmin edilmişdir.
Azərbaycan Prezidenti ayrı-ayrı otaqlara baxdı, görülən işlərin keyfiyyəti ilə maraqlandı. Körpələr evi-uşaq bağçasında müasir istilik sistemi quraşdırıldığı, daimi isti və soyuq su ilə təchiz edildiyi qeyd olundu. Bildirildi ki, burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Müəssisənin həyətində də abadlıq və quruculuq işləri görülüb, ərazi asfaltlanıb, müasir işıqlandırma sistemi quraşdırılıbdır.
* * *
Sonra Prezident İlham Əliyev Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 313 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış oldu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov buradakı vəziyyətlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, iki mərtəbədən ibarət körpələr evi-uşaq bağçasının binası 1959-cu ildə istismara verilib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq müəssisənin binasında əsaslı bərpa və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. 80 yerlik və dörd qrupdan ibarət körpələr evi-uşaq bağçasında qəsəbənin balaca sakinləri üçün bütün lazımi şərait yaradılıb. Burada yeni qazanxana istismara verilib, müəssisədə istilik sistemi quraşdırılıb, bina isti və soyuq su ilə təchiz edilib, ehtiyat su anbarı inşa olunub. Körpələr evi-uşaq bağçasının bir hektara yaxın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Həyətyanı sahədə uşaqlar üçün istirahət guşələri yaradılıb. Ərazi asfaltlanıb, daş örtüklər döşənib. Binada və ərazidə müasir işıqlandırma sistemi quraşdırılıbdır.
Əsaslı təmir və yenidənqurma işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında