Prezident İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.  
Dövlətimizin başçısına məlumat verildi ki, 1960-cı ildə istifadəyə verilən Mədəniyyət Evi uzun müddət təmir olunmadığından yararsız hala düşmüşdü. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2011-ci ilin yanvarında başlanılmışdır. Görülən təmir-bərpa işləri nəticəsində binanın zalı, foyesi və otaqları yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilmişdir. Müasir avadanlıqla təchiz edilmiş Mədəniyyət Evinin binası üzlük daşla örtülmüşdür. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdikləri qayğını əks etdirən fotoguşələr yaradılmışdır.
Qeyd edildi ki, Mədəniyyət Evinin akt zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.
Dövlətimizin başçısı Mədəniyyət Evinin böyük zalı ilə də tanış oldu. Bildirildi ki, 400 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.
Prezident İlham Əliyev Goranboy şəhər uşaq incəsənət məktəbinin xor kollektivinin ifasında bəstəkar Oqtay Zülfüqarovun "Mehriban insanlar" mahnısını dinlədi. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Goranboy Mədəniyyət Evinin nəzdində rayonun mədəni həyatında fəal iştirak edən xalq teatrı və folklor qrupu ilə yanaşı, müxtəlif dərnəklər də fəaliyyət göstərir.
Mədəniyyət Evi ilə tanış olan Azərbaycan Prezidenti kollektivə uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında