Prezident İlham Əliyev Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olmuşdur

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədəki Bayraq Meydanında görülən işlərlə tanış olmuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, Gəncə çayının sağ sahilində inşa olunan Bayraq Meydanı son dövrdə şəhərdə həyata keçirilən mühüm layihələrdən biridir. Burada 110 metr hündürlükdə dalğalanan üçrəngli bayrağın uzunluğu 50, eni 25 metr, postamentin hündürlüyü isə 4 metrdir. Meydandakı qranit lövhənin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunmuşdur. Meydanın ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Prezident İlham Əliyev dövlət bayrağını qaldıran xüsusi qurğunun düyməsini basdı.
Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında