Prezident İlham Əliyev Gəncədəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Gəncədəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı kompleksin eskiz layihələri ilə tanış oldu. Məlumat verildi ki, kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə indiyədək xeyli iş görülmüşdür. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınmış, 4 min 400 poqonmetr bəzəkli səki daşları döşənmişdir. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz artıq inşa edilmiş, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılan 3 milyon manat vəsait hesabına həyata keçirilən təmir-bərpa və tikinti işləri yüksək keyfiyyətlə icra olunur.
Bildirildi ki, "İmamzadə", yaxud "Göy imam" türbəsində beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunmuşdur. "İmamzadə" türbəsinin tikintisi XIV əsrin sonu - XV əsrin əvvəllərinə təsadüf edir. Ətrafındakı məscid, sərdaba və digər türbələr isə XVII-XVIII əsrlərdə inşa edilmişdir. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi bu günədək qorunub saxlanmışdır. Müxtəlif vaxtlarda dağıntılara məruz qalan "İmamzadə" kompleksi sonuncu dəfə XIX əsrdə bərpa edilmişdir. Buna görə də kompleksdə bərpa işlərinə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin kompleksin bərpası ilə bağlı imzaladığı sərəncam isə bu baxımdan tarixi əhəmiyyətə malikdir.
Qeyd edildi ki, orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan bu kompleks Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşmişdir. "İmamzadə" əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilmişdir. Bu dini mərkəz Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin islam aləmindəki yerini və nüfuzunu da göstərir.
Dövlətimizin başçısı kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında