Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonunda qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binalarından ibarət məhəllədə görülən işlərlə tanış olmuşdur

{nl}

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağcabədi rayonunda qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binalarından ibarət məhəllədə görülən işlərlə tanış olmuşlar.
Dövlətimizin başçısı əvvəlcə məhəllənin baş planını əks etdirən stendə baxdı.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verdi ki, dövlətimizin başçısının doğma yurdlarından didərgin düşmüş soydaşlarımıza diqqət və qayğısı sayəsində Ağcabədi rayonunda da çadır düşərgələri ləğv olunmuş, qaçqınlar və məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, onların sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər görülmüşdür. Ağcabədi rayonunda 560 məcburi köçkün ailəsi üçün tikilən beşmərtəbəli on yaşayış binasından ibarət məhəllə bu tədbirlərin ardıcıl xarakter aldığını nümayiş etdirir. Qaçqınların və məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən və çadırlardan mükəmməl infrastruktura malik yeni qəsəbələrə köçürülməsi dövlətin bu insanlara həssas münasibətinin təzahürüdür. İndiyədək qaçqın və məcburi köçkünlər üçün ölkəmizin müxtəlif yerlərində bütün infrastruktura malik 70 qəsəbə salınmışdır. Bu qəsəbələrdə 20 min mənzil tikilmiş, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüş, 130 təhsil, 50-dək səhiyyə, onlarca rabitə və mədəniyyət ocaqları istifadəyə verilmiş, su, elektrik, qaz xətləri, yollar çəkilmişdir.
Diqqətə çatdırıldı ki, son yeddi ildə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı Azərbaycan Prezidenti 27 fərman və sərəncam imzalamış, bir Dövlət Proqramı və ona əlavələri təsdiqləmişdir. Bu sənədlərin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 88 qərar və sərəncamı verilmiş, Milli Məclisdə qanun qəbul olunmuşdur. Hazırda qaçqınlara və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır.
Yeni yaşayış massivinin əsas texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verilərkən bildirildi ki, bu məhəllənin salınmasına dövlətimizin başçısının 2004-cü ildə təsdiq etdiyi Dövlət Proqramına əlavələr edilməsi haqqında 2007-ci ildə imzaladığı sərəncama əsasən bu ilin iyununda başlanılmışdır. İnşaat işlərinə ölkənin 14 tikinti şirkəti cəlb olunmuşdur. Yeni məhəllə gələn ilin əvvəlində tam istifadəyə veriləcəkdir.
Məlumat verildi ki, ümumi sahəsi on hektar olan yaşayış massivində inşa olunmuş binalara Ağcabədi rayonunda müvəqqəti məskunlaşmış 560 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva hazır mənzilə baxdılar.
Bildirildi ki, bu binalardakı mənzillərdə yaşayış üçün maksimum şərait yaradılmışdır. Məhəllədə 360 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası inşa edilmişdir. Burada, həmçinin klub-icma mərkəzi, inzibati bina da tikilmişdir. Məhəlləni daimi elektrik enerjisi ilə təmin etmək məqsədi ilə transformator yarımstansiyası quraşdırılmış, sakinlərin içməli su tələbatını ödəmək üçün hər biri 500 kubmetr olan iki su anbarı inşa edilmiş, yeni su xətləri çəkilmişdir. Məhəllədə qazlaşdırma işləri aparılmış, qaztənzimləyici məntəqə quraşdırılmışdır. Yol-küçə şəbəkəsi də yüksək səviyyədə qurulmuşdur.
Məhəllə ilə tanış olan dövlətimizin başçısı işlərin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında