Azərbaycan Prezidenti İlham Əliyev İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Hoşyar Zebari İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı. Hoşyar Zebari beynəlxalq sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyətinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Xalqlarımızın uzun illər yaxın dostluq əlaqələrinə və birgə mədəniyyətə malik olduğunu vurğulayan İraqın xarici işlər naziri hazırda bu əlaqələri fəal şəkildə daha da genişləndirməyin zəruriliyini qeyd etdi. İraqda Azərbaycanın səfirliyinin fəaliyyət göstərməsinə ehtiyac olduğunu deyən nazir bunun əlaqələrimizin inkişaf etdirilməsi baxımından önəmini vurğuladı.
Dövlətimizin başçısı ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı imkanların olduğunu bildirdi. Prezident İlham Əliyev yaxın vaxtlarda İraqda Azərbaycanın səfirliyinin açılacağına əminliyini qeyd etdi. Xalqlarımız arasındakı əlaqələrin həmişə səmimi dostluq münasibətlərinə əsaslandığını deyən dövlətimizin başçısı İraqdakı əməliyyatlarda Azərbaycan sülhməramlılarının iştirakını dost İraq xalqına ölkəmizin göstərdiyi yardım kimi qiymətləndirdi. Dövlət başçısı bu günlərdə İraqda törədilən terror aktları nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirdi, bununla əlaqədar İraq xalqına başsağlığı çatdırmağı xahiş etdi. Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından məmnunluğunu bildirən Prezident İlham Əliyev BMT-nin Baş Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən müzakirələrdə və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçildiyi zaman keçirilən səsvermədə İraqın ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebarinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraqın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında