Azərbaycan Prezidenti İlham Əliyev Çinin ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yanyanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə, ölkələrimizin siyasi, iqtisadi və digər sahələrdə fəal əməkdaşlığının genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Səfir Can Yanyanın Azərbaycandakı diplomatik fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev ona gələcək işlərində uğurlar arzuladı.
Səfir Can Yanyan qeyd etdi ki, son illər Çin Xalq Respublikasının Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkələrimiz arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Ölkələrimizin müxtəlif səviyyələrdə sıx əlaqələr yaratdığını deyən Can Yanyan Azərbaycan ilə Çin arasında qarşılıqlı siyasi etimadın və dostluq ənənələrinin möhkəmləndiyini, işgüzar əməkdaşlığın daha da genişləndiyini qeyd etdi. O, Azərbaycan Respublikası ilə Cin Xalq Respublikasının mühüm məsələlərdə bir-birlərinə dəstək vermələrinin, beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət göstərmələrinin önəmini qeyd etdi. Çinli diplomat bildirdi ki, ölkəsi Azərbaycanı özünün həqiqi dostu və etibarlı tərəfdaşı hesab edir. O, ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq Azərbaycan-Çin münasibətlərini uzunmüddətli və davamlı şəkildə daha da genişləndirməyin zəruriliyini bildirdi. Cin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin gələn il qeyd olunacağını vurğulayan Can Yanyan ölkəsinin Azərbaycan ilə ikitərəfli münasibətləri və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində və sürətlə inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Çinli diplomat ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında