Azərbaycan Prezidenti İlham Əliyev Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul etmişdir.
Tbilisi şəhərinin meri Qiqi Uqulava Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfəri zamanı Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirdi.
Prezident İlham Əliyev ölkəmizdə, o cümlədən paytaxtımızda abadlıq və quruculuq işlərinə, eyni zamanda, tarixi binaların əvvəlki görkəmini qoruyub saxlamaqla əsaslı şəkildə bərpa olunmasına böyük önəm verildiyini qeyd etdi.
Dövlətimizin başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında