Azərbaycan Prezidenti İlham Əliyev NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də NATO baş katibinin müavini Hüseyn Diriözü qəbul etmişdir.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Hüseyn Diriöz ölkəmizdə keçirəcəyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi. Bakıda "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminarın təşkil olunmasının əhəmiyyətli hadisə olduğunu qeyd edən Hüseyn Diriöz bu tədbiri Avratlantik məkanda ümumi təhlükəsizliyə töhfə kimi dəyərləndirdi. O, NATO ilə Azərbaycan arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Sərhədlərin təhlükəsizliyi ilə bağlı məsələlərin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev NATO ilə geniş əməkdaşlıq çərçivəsində Bakıda "Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə" mövzusunda beynəlxalq seminarın keçirilməsinin önəmini qeyd etdi.

{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında