Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşini qəbul etmişdir.
Yoiçi Kobayaşi ölkəmizə bundan əvvəlki səfərini xatırlayaraq ötən dövr ərzində paytaxtda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Eyni zamanda, görüşdə Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti yüksək qiymətləndirildi, Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorundakı və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrindəki fəaliyyətinin önəmi qeyd edildi, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında