Rayon icra hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir

Noyabrın 17-də Prezident İlham Əliyev Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısına məlumat verildi ki, müasir standartlara cavab verən binanın təməli ötən ilin martında qoyulmuş, inşaat işləri isə bu ilin oktyabrında başa çatdırılmışdır. Bütün otaqlar zəruri mebel və texniki avadanlıqla təchiz olunmuş, yüksək səviyyədə iş şəraiti yaradılmışdır.
Qeyd edildi ki, binanın ətrafında geniş yaşıllaşdırma işləri aparılmış, iki müasir fəvvarə, mükəmməl işıqlandırma sistemi quraşdırılmışdır. Binanın qarşısında mərmər üzərində Azərbaycanın xəritəsi yaradılmışdır. İcra hakimiyyətinin yeni inzibati binası rayonun ümumi görüntüsünə də xüsusi gözəllik verir. Binanın ayrıca qazanxanası, transformator yarımstansiyası, iki su anbarı, artezian quyuları vardır.
Bildirildi ki, bina üçün ərazi xüsusi olaraq seçilmişdir. Foyedə Qəbələ rayonunun inkişafında böyük xidmətləri olan ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı fəaliyyətlərini əks etdirən fotoguşə yaradılmışdır.
Qeyd edildi ki, ümumilikdə 50 iş otağının yaradıldığı binanın daxili də yüksək zövqlə tərtib edilmişdir. Üçüncü mərtəbədəki 152 yerlik akt zalı müasir texniki avadanlıqla təchiz olunmuşdur. Burada ayrıca tərcümə otağı, kiçik konfrans zalı, 40 yerlik yeməkxana da vardır.
Qeyd edildi ki, yeni inzibati binada işçilərin asudə vaxtlarını səmərəli keçirmələri də nəzərə alınmışdır. Binanın zirzəmi qatında xüsusi istirahət otağı, eləcə də stolüstü tennis və bilyard masalarının quraşdırıldığı idman zalı vardır. Kitabxana, anbar, arxiv otağı və böhran vəziyyətində idarəetmə məntəqəsi də bu qatda yerləşir.
Prezident İlham Əliyev idarəetmə məntəqəsi ilə tanış oldu. Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə eyni anda rayonun Vəndam, Bum və Nic qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları vardır.
Dövlətimizin başçısı binanın balkonundan ətrafı seyr etdi.
Azərbaycan Prezidenti görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında