Qəbələdə daha bir müəssisə - limonad zavodu işə başlamışdır

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev "Gilan Qəbələ Konserv Zavodu" MMC-nin Qəbələ limonad zavodunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı zavodu işə saldı.
Məlumat verildi ki, tikintisinə bu ilin martında başlanılmış müəssisə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsinin bəhrəsidir. Rayon iqtisadiyyatında əhəmiyyətli yer tutacaq müəssisədə dünya standartlarına cavab verən avadanlıq İtaliyanın "Podovan" şirkəti tərəfindən quraşdırılmışdır. İstehsal prosesi tam avtomatlaşdırılmışdır. Zavodun iş prinsipi xammalın qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövcud olan bütün prosesləri əhatə edir.
Prezident İlham Əliyev müəssisənin istehsal prosesini izlədi.
Qeyd olundu ki, zavodda beş çeşiddə məhsul - kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanacaqdır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılacaqdır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin ediləcəkdir.
Dövlətimizin başçısı "Gilan Holdinq"ə daxil olan Lənkəran və Qəbələ konserv zavodlarında, eləcə də yeni istifadəyə verilən Qəbələ limonad zavodunda hazırlanan məhsulların sərgisinə baxdı.
Diqqətə çatdırıldı ki, yerli və xarici bazarın tələblərinə cavab verən bu məhsulların nümunələri bir çox ölkələrin nümayəndələri tərəfindən laborator analizdən keçirilərək yüksək qiymət almışdır. Buna görə də həmin müəssisələrdə istehsal olunan məhsullar Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikaların, Amerika qitəsi dövlətlərinin bazarlarına çıxarılmışdır. Başlıca prinsiplərdən biri də məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu məqsədlə müəssisələr yerli fermerlərin köməyi ilə ölkəmizin bütün regionlarından meyvə və tərəvəz məhsulları qəbul edir. Bu, zavodlardan sifariş alan on minlərlə insanın meyvə və tərəvəz məhsullarının becərilməsinə və yetişdirilməsinə marağını daha da artırır. Bu da ölkəmizdə aqrar sahənin inkişafında mühüm rol oynayan amildir.
Dövlətimizin başçısı müəssisədə yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında