Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməli qoyulmuşdur

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

{nl}

Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak etmişdir. 
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxdı. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov məlumat verdi ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən, burada ilkin mərhələdə tutumu min kubmetr olan su anbarı inşa ediləcəkdir. Sonrakı mərhələlərdə isə 1000 kubmetrlik dörd su anbarı tikiləcək, kanalizasiya xətləri çəkiləcəkdir. Qaxbaşı su anbarına Hamamçay körpüsünün yaxınlığındakı üç bulaqdan 8 min 300 metr uzunluğunda polietilen borularla su xətti çəkiləcəkdir. Beş hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaqdır. Sonuncu mərhələdə isə Qax şəhərinin mövcud yaşayış sahələrində, o cümlədən Qaxbaş və Qaxingiloy kəndlərində su və kanalizasiya xətləri yenidən qurulacaqdır. Sistemin inşası 2013-cü ildə yekunlaşdırılacaqdır.
Sonra Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməli qoyuldu.
Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.
Dövlətimizin başçısı inşaatçılarla görüşdü, onlara uğurlar arzulayaraq dedi:
- Qax rayonunda yeni su layihəsi başlayır. Siz bu layihəni icra edəcəksiniz. Çalışmalısınız ki, bu layihə maksimum keyfiyyətlə və vaxtında icra edilsin. Beləliklə, Qax şəhərinin və ətraf kəndlərin su-kanalizasiya problemləri birdəfəlik öz həllini tapacaqdır. Bu layihə iki ilə yaxın vaxt ərzində icra olunmalıdır. Beləliklə, Azərbaycanda su təchizatı ilə bağlı problemlərin həlli üçün növbəti addım atılıb. Növbəti rayonda biz bu layihəni başlayırıq.
Bütün bölgələrdə hər bir rayon üzrə proqramlar, konkret layihələr vardır. İndi bölgələrə səfərlərim çərçivəsində də demək olar ki, hər dəfə su layihəsinin təməl daşını qoyuruq. Sizə uğurlar arzulayıram.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında