Prezident İlham Əliyev Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsini işə salmışdır

Prezident İlham Əliyev noyabrın 16-da Oğuz şəhərində qarğıdalı emalı və qlükoza istehsalı müəssisəsinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, bu müəssisə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq "CPC" (Corn Processing Company) Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa edilmişdir. Müəssisənin yaradılmasına 18 milyon manat sərmayə qoyulmuşdur. Bu vəsaitin 3 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri təşkil edir.
Prezident İlham Əliyev qlükoza, özək, kəpək, qlüten və digər hazır məhsulların, eləcə də qlükozanın istehsal prosesinin nümayiş etdirildiyi stendə baxdı.
Sonra dövlətimizin başçısı müəssisəni işə saldı.
Bildirildi ki, müəssisədə əsasən Türkiyə, ABŞ, Almaniya və İtaliya istehsalı olan avadanlıq quraşdırılmışdır. Müəssisənin istehsalat korpusu ilə yanaşı, hər birinin tutumu 500 ton olan iki taxıl anbarı və digər köməkçi binalar inşa edilmişdir. Hər birinin tutumu beş min ton olan daha iki taxıl anbarının tikintisinə başlanılıb. Müəssisə gündəlik 80 ton qarğıdalı emalından 55 ton yüksək keyfiyyətli qida qlükozası və 20 tonadək müxtəlif növ yem məhsulları istehsal etmək gücünə malikdir. Burada 153 nəfər işlə təmin edilmişdir.
Qeyd edildi ki, bu cür müəssisə Cənubi Qafqazda ilk olaraq Azərbaycanda inşa edilmişdir. Müəssisədə ilkin mərhələdə qlükoza, daha sonra isə fruktoza və dekstroza məhsullarının istehsalı nəzərdə tutulur. Həmin məhsullardan əsasən şirniyyat, konserv, süd məmulatı, dondurma və limonad istehsalında istifadə olunacaqdır. Bu layihənin həyata keçirilməsi nəticəsində respublikamızda taxılçılığın, o cümlədən qarğıdalı istehsalının artırılması üçün əlverişli şərait yaranacaq və ölkəmizə qarğıdalı emalından alınan məhsulların idxalının qarşısı alınacaqdır. Müəssisə ölkəmizin tələbatını yerli istehsal hesabına yüksək keyfiyyətli qida qlükozası ilə tam təmin etməyə imkan yaradır, eləcə də, protein, qlüten, kəpək və sair məhsullarla təminatında da xüsusi əhəmiyyət kəsb edir. İstehsal prosesi zamanı yaranan tullantılar isə yem məhsulu kimi heyvandarlıqla məşğul olan fermerlərə satılacaqdır.
Bildirildi ki, müəssisənin xammal bazası yerli istehsal hesabına formalaşacaqdır. Bu məqsədlə Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında fəaliyyət göstərən fermerlərlə danışıqlar aparılır. Gələcəkdə kifayət qədər xammal bazası formalaşdırıldıqdan sonra müəssisənin gündəlik emal gücünün 80 tondan 200 tona çatdırılması nəzərdə tutulur.
Müəssisə ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında