Geniş tərkibdə danışıqlar (15.11.2011)

Noyabrın 14-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Mən Sizi bir daha Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz!
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Biz Sizinlə mütəmadi qaydada görüşürük, bütün məsələləri müzakirə edirik. Əminəm ki, bütün sahələr üzrə əlaqələrimiz daha da möhkəmlənəcəkdir.
İlk növbədə, siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun bariz nümunəsidir. İqtisadi sahədə ticarət dövriyyəsi artır. Əlbəttə, əlaqələrimizdə enerji amili də mühüm rol oynayır və bu sahədə də şirkətlər arasında danışıqlar aparılır. Biz bütün sahələrdə uğurlu inkişafı görürük və əminəm ki, Sizin səfərinizdən sonra da bu müsbət dinamika davam etdiriləcəkdir.
Bir daha "Xoş gəlmisiniz" deyirəm və bir daha Sizi salamlayıram.
* * *
Bolqarıstan Prezidenti Georgi PIRVANOV səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident, Sizə minnətdarlığımızı bildiririk. İlk öncə, Sizə olduqca minnətdarıq ki, bu səfərin həyata keçirilməsi üçün bizi buraya dəvət etdiniz. Mən aramızda mövcud olan şəxsi münasibətləri çox yüksək dəyərləndirirəm. Tam aydın şəkildə qeyd etmək olar ki, aramızda mövcud olan dost münasibətləri ölkələrimiz arasındakı münasibətlərin inkişafına da öz təsirini göstərir. Hesab edirəm ki, ölkələrimiz arasında olan münasibətlərin inkişaf modeli bir çox digər ölkələrin münasibətlərinə də şamil edilə bilər. Ən vacibi isə odur ki, dost münasibətlərimiz, həmçinin işgüzar münasibətlərə də çevrilibdir. Bu baxımdan əməkdaşlığımız məhz real məzmunla zəngindir və bu, bizim hər iki tərəfin arasında olan münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Bizim üçün çox vacibdir ki, bu münasibətlər yeni səviyyəyə qalxsın. Bu baxımdan biz iki ölkə arasında qarşılıqlı sərmayələrin qoyulmasını çox vacib hesab edirik. Biz istərdik ki, Bolqarıstanın kapitalı, Bolqarıstanın sərmayələri, həmçinin Azərbaycanda mövcud olsun.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında