Azərbaycan Prezidenti İlham Əliyev Norveçin "Statoil Hydro" şirkətinin baş icraçı direktorunu qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Norveçin "Statoil Hydro" şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul etmişdir.
"Statoil Hydro" şirkətinin baş icraçı direktoru Helge Lund Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul olunması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, dövlətimizin başçısı ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırladı. Helge Lund təmsil etdiyi "Statoil Hydro" şirkətinin Azərbaycandakı fəaliyyətinə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq etdi.
Azərbaycan Prezidenti "Statoil Hydro" şirkətinin ölkəmizdəki uğurlu fəaliyyətini yüksək qiymətləndirdi.
Görüşdə "Statoil Hydro" şirkətinin Azərbaycandakı birgə layihələrdə iştirakı və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında