Azərbaycan Prezidenti İlham Əliyev Argentinanın elm, texnologiya və produktiv innovasiya nazirini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Argentina Respublikasının elm, texnologiya və produktiv innovasiya naziri Lino Baranaonu qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Argentina arasında fəal əməkdaşlığın yaradıldığını vurğuladı. Latın Amerikası ölkələrindən ilk dəfə Argentina Respublikasında Azərbaycan Respublikası səfirliyinin açıldığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, regional əməkdaşlığın inkişaf etdirilməsi üçün ölkələrimiz bir-birlərinin imkanlarından istifadə etməlidir. Lino Baranaonun Argentina Respublikasından Azərbaycana səfər edən ilk nazir olduğunu vurğulayan dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Nazir Lino Baranao Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizdə böyük iqtisadi inkişafın şahidi olduğunu dedi. Azərbaycanın strateji bir mövqedə yerləşdiyini vurğulayan nazir ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələri qurmağa böyük önəm verdiyini bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında