Ağsu mədəniyyət və istirahət parkı əsaslı bərpa və yenidənqurmadan sonra açılmışdır

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsuda mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, parkın 9 metr hündürlüyündə 4 sütunlu giriş qapısı milli Azərbaycan memarlığı üslubunda inşa olunmuşdur. İlyarım ərzində başdan-başa yenidən qurulmuş parkın ərazisi 1,6 hektardır. Burada yeni quraşdırılmış fəvvarə parka xüsusi yaraşıq verir. Sakinlər üstü örtülü 6 istirahət guşəsindən istifadə edə biləcəklər. Mədəniyyət və istirahət parkında uşaqlar üçün maraqlı attraksionlar quraşdırılmış, xalq nağıllarının motivlərini əks etdirən guşə və səhnə yaradılmışdır. Parkda yaşıllaşdırma işləri zamanı əvvəldən mövcud olan həmişəyaşıl bitkiləri saxlamaqla yanaşı, 7,5 min kvadratmetr ərazidə yeni ağaclar və gül kolları əkilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında