Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. 
Məlumat verildi ki, 44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin işləməsi nəzərdə tutulmuşdur. Xəstəxananın birinci mərtəbəsində yerləşən 40 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Xəstəxanaya müraciət edən xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün burada ayrıca poliklinika da vardır.
Qeyd edildi ki, xəstəxananın ikinci mərtəbəsində 10 çarpayılıq cərrahiyyə şöbəsi, bir, iki və üç nəfərlik palatalar və bir əməliyyat otağı vardır. Üçüncü mərtəbədə isə 4 çarpayılıq reanimasiya və 20 çarpayılıq pediatriya şöbələri fəaliyyət göstərəcəkdir. Xəstəxana müasir standartlara cavab verən müayinə və müalicə avadanlığı ilə təchiz olunmuşdur.
* * *
Sonra Prezident İlham Əliyev Ucar mərkəzi rayon xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilmiş poliklinikasında oldu.
Məlumat verildi ki, ikimərtəbəli poliklinika binası hazırda inşası davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının bir hissəsi olmaqla tam şəkildə yenidən qurulmuşdur. Birinci mərtəbədə laboratoriya, ginekologiya, dəri-zöhrəvi kabinələri, həkim otaqları vardır. Sahə həkimləri də burada fəaliyyət göstərəcəklər. Poliklinikada sarğı otağı, fizioterapiya, ultrasəs müayinəsi, rentgen, laboratoriya, elektrokardioqrafiya, elektroensofoloqrafiya, stomatologiya və oftalmologiya kabinələri də fəaliyyət göstərir.
* * *
Daha sonra Prezident İlham Əliyev tikintisi davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının baş planı ilə tanış oldu.
Xəstəxananın əvvəlki binasının fotoşəkillərinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 1970-ci ildə inşa olunmuş köhnə bina indiyədək təmir olunmadığından yararsız hala düşmüşdü. Yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılmışdır. Bu ərazinin 1,2 hektarında ikimərtəbəli 4 korpusdan ibarət kompleks tikiləcəkdir.
Xəstəxananın ərazisində təcili tibbi yardım üçün də ayrıca bina inşa olunmuşdur. Bundan əlavə, rayon patoloji anatomiya və ekspertiza şöbəsinin, o cümlədən uşaq xəstəxanasının da mərkəzi rayon xəstəxanasının yaxınlığında yerləşməsi vətəndaşlara daha yaxşı və keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcəkdir. Burada ümumilikdə 350 nəfər tibbi heyət çalışacaqdır.
Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında