Ucarda su-kanalizasiya sistemləri kompleksinin təməli qoyulmuşdur

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar şəhərinin su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. 
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, Ucar şəhərində mərkəzləşdirilmiş içməli su sistemi 1970-ci illərdə tikilmiş, Göyçay rayonunun Potu kəndi ərazisində qazılmış subartezian quyulardan və suvarma kanallarından mənbə kimi istifadə olunmuşdur. Yeni layihəyə əsasən, Ağsu rayonu ərazisində yerləşən Külüllü su mənbəyi seçilmişdir. Külüllüdə drenaj tipli suqəbuledici qurğunun tikintisi, buradan Ucar şəhərinədək 400 millimetr diametrli 60 kilometr uzunluğunda özüaxımlı magistral su kəmərinin çəkilməsi planlaşdırılır. Layihədə, eyni zamanda, magistral kəmər boyunca yerləşən 15 kəndin də su təchizatı təmin olunacaqdır.
Bildirildi ki, şəhərdə ümumi uzunluğu 108 kilometr olan yeni supaylayıcı şəbəkənin, iki min kubmetr həcmində yeni su anbarının tikilməsi nəzərdə tutulur. Layihəyə əsasən, Ucar şəhərində 90 kilometr uzunluğunda kanalizasiya xətləri çəkiləcək, 15 kanalizasiya nasos stansiyası tikiləcəkdir. Çirkab sularının təmizlənməsi üçün məhsuldarlığı sutkada dörd min kubmetr olan müasir qurğu inşa ediləcəkdir. Layihənin yerinə yetirilməsi ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Ucar şəhərində 20 min, 15 kənddə isə 32 min nəfərin su təchizatı və kanalizasiya xətlərindən istifadəsi əsaslı şəkildə yaxşılaşdırılacaqdır. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək "Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin 20 aya başa çatdırılması nəzərdə tutulmuşdur.
Sonra Ucar şəhərinin yeni su-kanalizasiya sistemləri kompleksinin təməli qoyuldu.
Dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında