Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışı olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində oktyabrın 30-da Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. 
Dövlətimizin başçısı yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, yol "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində inşa olunmuşdur. Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu "Azəryolservis" ASC inşa etmişdir.
Qeyd edilmişdir ki, əsaslı şəkildə bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə yeniləşən, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Məlumat verildi ki, asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Cari ilin iyulunda başlanan bərpa işləri oktyabrda başa çatdırılmışdır.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında