Azərbaycan Prezidenti İlham Əliyev Dövlət bayrağı meydanında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Dövlət bayrağı meydanına gələrək burada həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də paytaxtda Dövlət bayrağı meydanının yaradılması haqqında imzaladığı sərəncamına uyğun olaraq Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulmuşdur. Dövlətimizin başçısı burada həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanmış, tikinti sahəsində bir neçə dəfə olmuş, işlərin yüksək keyfiyyətlə aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Dövlət bayrağı meydanında aparılan tikinti işləri barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 35 min kvadratmetr ərazisi olan meydanda bütün lazımi infrastrukturun yaradılması nəzərdə tutulur və bu istiqamətdə xeyli işlər görülmüşdür. Qeyd edilmişdir ki, dayağının hündürlüyü 162 metr olan dövlət bayrağının uzunluğu 70, eni 35 metr olmaqla 2450 kvadratmetr sahəni əhatə edəcəkdir.
Dövlətimizin başçısı görülən işlərin yüksək standartlara uyğun olaraq həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlarını verdi.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında