Şriftin ölçüsü:
26.10.2011 06:55 | Oxunma sayı: 484
Oktyabrın 25-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasından sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur.
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasının Protokolu"nu Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meteorologiya sahəsinə dair Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən isə Meteorologiya Baş İdarəsi baş direktorunun müavini Əli Karataş imzaladılar.
"Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Türkiyənin Anadolu Agentliyi (AA) arasında Əməkdaşlıq Sazişi"ni Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən isə Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meşə təsərrüfatı sahəsinə dair Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən meşəçilik idarəsinin baş direktoru Mustafa Kurtulmuşlu imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq Protokolu"nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin baş direktoru Murat Karakaya imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında Protokol"u Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Polis Akademiyasının rəisi Zühtü Arslan imzaladılar.
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"nin ratifikasiya fərmanlarının mübadiləsi haqqında Protokol"u Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu imzaladılar.
"Azərbaycan Diplomatik Akademiyası və Türkiyə Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu"nu Azərbaycan tərəfdən sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə tərəfdən enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi"ni Azərbaycan tərəfdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfdən "BOTAŞ" şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi"ni Azərbaycan tərəfdən "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir, Türkiyə tərəfdən "BOTAŞ" şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Çərçivə Anlaşması Sazişi"ni Azərbaycan tərəfdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, "bp-Azərbaycan" şirkətinin prezidenti Rəşid Cavanşir, Türkiyə tərəfdən "BOTAŞ" şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"i Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyə tərəfdən iqtisadiyyat naziri Zəfər Çağlayan imzaladılar.
"Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ailə və sosial siyasət sahəsində Əməkdaşlıq Protokolu"nu Azərbaycan tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Türkiyə tərəfdən ailə və sosial siyasət naziri Fatma Şahin imzaladılar.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.