Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir

{nl}

Oktyabrın 21-də Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) I Zirvə Toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Toplantısında iştirak etmişdir.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Zirvə Toplantısının iştirakçıları birgə foto çəkdirdilər.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin dövlət başçılarını və nümayəndə heyətlərini salamlayaraq 2009-cu il oktyabrın 3-də imzalanmış Naxçıvan Sazişinin əhəmiyyətindən danışdı. Toplantıda beynəlxalq və regional xarakterli aktual məsələlərin müzakirə olunacağını deyən Qazaxıstan dövlətinin başçısı qeyd etdi ki, TDƏŞ ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişlənməsini başlıca prioritet müəyyən etmişdir.
Türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayan Qazaxıstan Prezidenti dedi ki, türk dünyası çərçivəsində əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır. Bu baxımdan Türkdilli Dövlətlərin İşgüzar Şurasının yaradılmasının vacibliyinin qeyd edən Qazaxıstan dövlətinin başçısı bildirdi ki, ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi mövcud potensiala uyğun deyildir.
Türkdilli ölkələr arasında humanitar sahədə əməkdaşlığa da toxunan Nursultan Nazarbayev müxtəlif mədəni tədbirlərin, o cümlədən festivalların keçirilməsinin əhəmiyyətini vurğuladı, mədəni əlaqələrin möhkəmləndirilməsində TÜRKSOY təşkilatının böyük rolundan danışdı. Qazaxıstan dövlətinin başçısı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifini dəstəklədiyini dedi.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Toplantısında nitq söylədi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında