Azərbaycan Prezidenti İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı və BMT-nin Vyana ofisinin rəhbəri, Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovu qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı və BMT-nin Vyana ofisinin rəhbəri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotovu qəbul etmişdir.
BMT-nin Vyana ofisinin rəhbəri, Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd etdi. O, bu tədbirdə dünyanın 42 ölkəsindən yüksək səviyyəli agentliklərin rəhbərlərinin iştirakının önəmini vurğuladı.
Dövlətimizin başçısı Bakıda "Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda keçirilən beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən olan nümayəndələrin iştirakını konfransa olan marağın göstəricisi kimi qiymətləndirdi. Prezident İlham Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin vacibliyini vurğuladı.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında