Ali qonağın şərəfinə

Oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Avstriyanın Federal Prezidenti Haynts Fişerin və xanımı Margit Fişerin şərəfinə rəsmi ziyafət verilmişdir. 
Mərasimdə çıxış edən Prezident İlham Əliyev Avstriyanın dövlət başçısının Azərbaycana ilk səfərinin tarixi xarakter daşıdığını və ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini əks etdirdiyini dedi. Dövlətimizin başçısı bildirdi ki, bu səfər münasibətlərin inkişaf perspektivlərini müəyyən etməyə imkan verəcəkdir.
"Biz Avstriyaya Avropa İttifaqı ilə Azərbaycan arasında inteqrasiya prosesinə verdiyi dəstəyə görə minnətdarıq", - deyən dövlətimizin başçısı danışıqlar zamanı enerji təhlükəsizliyi və enerji siyasətinin də müzakirə edildiyini diqqətə çatdırdı.
"Biz müzakirə etdiyimiz bütün məsələlər ətrafında qarşılıqlı anlaşma əldə etdik", - deyən Prezident İlham ƏLİYEV Avstriya-Azərbaycan biznes-forumunun əhəmiyyətindən də danışdı və bu forumun iqtisadi əməkdaşlığa töhfə verəcəyini vurğulayaraq dedi:
- Avstriya şirkətləri bir neçə ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. İnfrastruktur, inşaat, mədəniyyət, yenidənqurma, bərpa və digər sahələrlə bağlı çox mühüm layihələr həyata keçirilir. Əminəm ki, Sizin səfəriniz nəticəsində bu siyahı daha da genişlənəcəkdir.
Buraya gəlməzdən əvvəl biz cənab Prezidentlə birlikdə Bakının mərkəzində dahi bəstəkar və dünyanın böyük şəxsiyyəti Motsartın möhtəşəm abidəsinin və gözəl parkın açılışında iştirak etdik. Bu, dahi Motsartın xatirəsinə ehtiramımızın əlamətidir. Eyni zamanda, açılış mərasimində dediyim kimi, bu, Azərbaycanda Avstriyanın bir parçası olacaqdır.
Cənab Prezident, mən çox şadam ki, bu qısa səfər çərçivəsində nələri edə bildiksə onların güclü əsasları vardır. Bunlar münasibətlərimizin gələcək inkişafına öz təsirini göstərəcəkdir.
Prezident İlham Əliyev Avstriya-Azərbaycan dostluğunun bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Avstriyanın Federal Prezidenti Haynts FİŞER çıxış edərək dedi:
- Cənab Prezident, xanım Əliyeva!
Zati-aliləri, hörmətli Baş nazir, spiker, hörmətli qonaqlar!
Bu, həqiqətdir ki, çox maraqlı və olduqca məhsuldar səfər artıq sona çatır. Bu, çox təqdirəlayiq bir səfər idi. Bu, mənim səmimi arzumdur və cənab Prezident, Sizə minnətdarlıq etmək istərdim.
Haynts Fişer danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, enerji məsələsinin, mədəniyyət sahəsində əlaqələrin müzakirə olunduğunu dedi. Dahi bəstəkar Motsartın Bakıda abidəsinin ucaldılmasına görə minnətdarlığını bildirən Avstriyanın dövlət başçısı qeyd etdi ki, bu, ölkələrimiz arasında formalaşan münasibətlərin bir rəmzidir.
Haynts Fişer göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında