Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin və Rusiya Federasiyasının İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun, Kabardin-Balkar Respublikasının Prezidenti Arsen Kanokovun, Şimali Osetiya-Alaniya Respublikasının başçısı Taymuraz Mamsurovun, Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedovun ölkəmizə səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı əməkdaşlığımızın gələcək inkişafını bir daha müzakirə etmək üçün səfərin yaxşı imkan yaratdığını vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya Federasiyası arasında ticarət dövriyyəsinin artdığını, siyasi əlaqələrin möhkəmləndiyini, regional əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiyanın Şimali Qafqaz respublikaları arasında da işgüzar, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin möhkəmləndiyini qeyd edərək bunun ölkələrimiz və xalqlarımız üçün önəmini vurğuladı.
Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin tapşırıqlarına uyğun olaraq ölkələrimiz arasında ikitərəfli münasibətləri və əməkdaşlığı nəinki hökumətlər, eləcə də subyektlər səviyyəsində daha da inkişaf etdirməyin əhəmiyyətini vurğulayaraq respublikamızın Şimali Qafqaz dairəsi ilə əməkdaşlığını bunun yaxşı nümunəsi kimi qiymətləndirdi. O, artıq Bakıda mühüm görüşlərin və bir sıra kompleks layihələrin təqdimatını keçirdiklərini vurğulayaraq bunları inkişaf etdirmək niyyətində olduqlarını dedi.
Görüşdə bildirildi ki, Rusiya Federasiyası İnquşetiya Respublikasının veteranlarının və əhalisinin çoxsaylı xahişi ilə Rusiya Federasiyasının Şimali Qafqaz subyekti ilə Azərbaycan Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsinin əlaməti olaraq görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üçün Malqabek Şəhər Şurası bu şəhərdəki xiyabanların birinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinin başçılıq etdiyi nümayəndə heyətinin şərəfinə nahar verildi.
Sonda xatirə şəkli çəkdirildi.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında