Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul etmişdir. 
İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn Prezident Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə inkişafından məmnunluq ifadə edildi, ötən il Azərbaycan Respublikası mədəniyyət günlərinin İranda, bu il isə İran İslam Respublikası mədəniyyət günlərinin Azərbaycanda keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulandı.
Dövlətimizin başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında